Mixail Qusman vəzifəsindən azad olundu

Mixail Qusman vəzifəsindən azad olundu
24.07.2025 23:40 Dünya

Mixail Qusman "TASS"ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın "TASS" strukturlarında işləyib.

2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısı olan Mixail Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın YUNESKO üzrə Komissiyasının üzvüdür.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər