Misirdə “Xolop” filminin remeyki çəkiləcək

Dünya

11.07.2025 18:23

Rusiyanın ən çox baxılan komediyalarından biri olan “Xolop” filminin remeyki Misirdə çəkiləcək.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı orijinal ssenarinin müəllifi Darya Qratseviç “Bülleten kinoprokatçika” nəşrinə açıqlayıb.

Qratseviç hazırda misirli ssenaristlə birgə çalışdığını və layihəyə məsləhətçi kimi cəlb olunduğunu bildirib.

“Hazırda əsas məqsəd — süjetin əsas ideyasının və strukturunun qorunmasıdır. Misirli müəllif yerli zarafatlar və mədəni detallara görə cavabdehdir, mən isə izləyir və dəstək verirəm”, – deyə o qeyd edib.

Bu, Qratseviçin bilavasitə iştirak etdiyi ilk beynəlxalq remeykdir. Bundan əvvəl “Xolop” filminin Fransada, Türkiyədə, Qazaxıstanda və Monqolustanda da adaptasiyaları çəkilib.

Qiymət Mahir

tag: Rusiya,Xolop,Misir,Darya Qratseviç,Todaypress.tv,