Tramp Yaponiyanı ittiham etdi
Dünya
14.07.2025 14:53
ABŞ prezidenti Donald Tramp növbəti dəfə Yaponiyanı Birləşmiş Ştatlarla ticarət balansını pozmaqda ittiham edib
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ-nin maliyyə naziri Skott Bessentin Asiya ölkəsinə səfəri ərəfəsində Ağ Evin rəhbəri Yaponiyanın ABŞ bazarını ildə milyonlarla avtomobillə təmin etməsindən şikayətlənib.
“Biz onlara avtomobil satmırıq, çünki bizim maşınlarımızı qəbul etməyəcəklər. Onlar da bizim kənd təsərrüfatı məhsullarımızın çoxunu qəbul etməyəcəklər”, - Tramp qəzəblə deyib.
Agentlik qeyd edib ki, Yaponiyanın ABŞ ilə müsbət ticarət balansının təxminən 80 faizi avtomobillər və avtomobil hissələrinə aiddir.
Bundan əvvəl Tramp şikayət etmişdi ki, Yaponiya özü bu məhsulun çatışmazlığından əziyyət çəksə də, Amerika düyü almaqdan imtina edib. Yaponiyanın Baş naziri Şiqeru İşiba buna cavab olaraq xatırladıb ki, ölkəsi Kaliforniya düyüsünü alır.
Nicat Osman
tag: ABŞ,Tramp,Yaponiya,İttiham,Todaypress.tv,