KİV: Trampın Rusiyaya qarşı sərt ritorikası gözlənilməz oldu
Dünya
29.07.2025 10:49
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı son vaxtlar sərgilədiyi sərt ritorika, Amerika mətbuatı tərəfindən son ayların ən gözlənilməz siyasi dəyişikliklərindən biri kimi dəyərləndirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
Nəşrin məlumatına görə, Tramp və vitse-prezident Ceyms Devid Vensin fevralın sonunda Oval kabinetdə Ukrayna prezidenti Volodimir Zelenski ilə sərt danışması fonunda Moskvaya qarşı bu cür sərt mövqe əvvəlcə real görünməyib.
Nəşr yazır ki, ABŞ lideri Moskvanın davranışından məyus olduğunu açıq şəkildə bəyan edib və bu, onun əvvəlki ritorikasından fərqlənir.
Xatırladaq ki, iyulun 14-də Donald Tramp bəyan edib ki, əgər 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmasa, Rusiya və onun əsas ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq olunacaq. Daha sonra isə bu müddəti 10–12 günə endirib.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Rusiya,Zelenski,Todaypress.tv,