Merts: “Ukrayna müharibəsinin tezliklə bitəcəyini gözləmirəm”

Dünya

27.05.2025 15:22

3

Almaniyanın federal kansleri Fridrix Merts bildirib ki, Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin yaxın vaxtlarda başa çatacağına inanmır.

TodayPress TV xəbər verir ki, bu barədə kanslerin fikirləri "Die Zeit" nəşrində dərc olunub.

Merts qeyd edib ki, adətən münaqişələr tərəflərdən birinin iqtisadi və ya hərbi cəhətdən tükənməsi ilə sona çatır, lakin Ukrayna müharibəsində vəziyyət hələ bu nöqtədən uzaqdır.

O, bir daha Rusiyanı danışıqlardan yayınmaqda ittiham edərək bildirib ki, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün səylər artırılmalıdır. Bununla yanaşı, Almaniya kansleri Rusiyaya qarşı təzyiqlərin də artırılacağını bəyan edib.

“Biz təhdid altındayıq və özümüzü müdafiə edəcəyik", – deyə Merts vurğulayıb.

Qiymət Mahir

tag: Ukrayna ,Rusiya,Almaniya,Fridrix Merts,todaypress.tv,