Merts kəşfiyyatın rəhbərliyində dəyişiklik edir

Dünya

11.06.2025 17:03

Almaniya kansleri Fridrix Merts ölkənin Ukraynadakı səfiri Martin Yeqeri xarici kəşfiyyatın – Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri təyin etmək niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Nəşrin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, təyinatla bağlı qərar artıq bir müddət əvvəl qəbul olunub, lakin rəsmi təsdiq hələlik verilməyib. Məlumata əsasən, hazırkı BND rəhbəri Bruno Kal Almaniyanın Vatikan səfiri təyin ediləcək.

Martin Yeqer Almaniyanın ən təcrübəli diplomatlarından biri sayılır. O, əvvəllər Əfqanıstan və İraqda Almaniya səfiri olub və müxtəlif böhran şəraitlərində uğurlu fəaliyyət göstərib. Onun rəhbərliyi altında BND-nin maliyyələşməsində ciddi artım gözlənilir.

Qiymət Mahir

tag: Almaniya,Fridrix Merts ,Ukrayna,Martin Yeqeri,todaypress.tv,