ABŞ Rusiyaya qarşı yeni sanksiyalar təklif etdi

Dünya

29.06.2025 09:20

ABŞ senatorları Lindsey Qraham və Riçard Blumental Rusiyaya qarşı yeni sanksiya təklif ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Onların təşəbbüsünə görə, Rusiyadan idxal olunan mallara 500 faizə qədər gömrük rüsumu tətbiq olunacaq.

Bundan əlavə, layihə Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrə qarşı da sanksiyalar nəzərdə tutur. 

Nəşrin məlumatına görə, bu addım dünya ölkələri ilə ticarət əlaqələrinin pozulmasına səbəb ola bilər.

Qəzet qeyd edir ki, Rusiya hazırda Cənubi Koreya, Tayvan, Çin, Hindistan, Braziliya və Avropa ölkələrinə müxtəlif məhsullar ixrac edir. ABŞ isə 2023-cü ildə Rusiyadan çoxlu miqdarda zənginləşdirilmiş uran alıb. Yeni sanksiyalar bu sahədə də ciddi zərərlərə səbəb ola bilər.

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,Sanksiya,Müharibə,Todaypress.tv,