Meksikada güclü yağışlar fəlakətə səbəb oldu: Ölənlər var

Dünya

14.10.2025 10:11

Meksikada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində həlak olanların sayı 64-ə, itkin düşənlərin sayı isə 65-ə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Mülki Müdafiə Koordinatorluğu məlumat yayıb.

Bildirilib ki, keçən həftədən bəri “Priscilla” və “Raymond” tropik fırtınalarının səbəb olduğu güclü yağışlar nəticəsində ölənlərin sayı artmaqdadır.

Meksika Prezidenti Klaudia Şeinbaum Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransında bildirib ki, daşqınlardan zərər çəkmiş vətəndaşlara yardım etmək üçün bütün qüvvələr səfərbər olunub.

O əlavə edib ki, geyim, gigiyena vasitələri, içməli su və ərzaq yardımlarının daha səmərəli çatdırılması üçün yeni yardım qrupları zərərçəkmiş bölgələrə göndərilib.

Aysel Mətləb

TodayPress TV

tag: Meksika,Yağışlar ,Ölənlər ,Fırtına,Todaypress.tv,