Meksika Kanada ilə ticarəti genişləndirir
Dünya
07.08.2025 09:45
“Meksika ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) çərçivəsindən kənarda Kanada ilə ticarət və sərmayə əlaqələrini genişləndirmək niyyətindədir”.
TodayPress TV xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaum Mexikoda Kanadanın xarici işlər naziri Anita Anand və maliyyə naziri Fransua-Filip Şampan ilə görüşdən sonra gündəlik mətbuat konfransında bildirib.
"USMCA var, amma biz də Kanada şirkətlərindən davamlı investisiyalar istəyirik", - deyə o vurğulayıb.
Şeynbaum bildirib ki, Kanada Meksikaya sərmayələri artırmaq, birbaşa ticarəti genişləndirmək və təhsil məsələlərini inkişaf etdirməklə razılaşıb.
O, həmçinin Meksikada Kanadanın mədən əməliyyatları ilə bağlı ekoloji məsələlərə də toxunub və gələcək planlarını müzakirə edib.
Qeyd edək ki, Meksika və Kanada gələn il nəzərdən keçiriləcək USMCA-nın mövcudluğuna baxmayaraq, ABŞ-nin avtomobil, alüminium və polad ixracına tətbiq etdiyi qlobal tariflərdən təsirlənir.
Aysel Mətləb
tag: Meksika,Kanada,Ticarət,ABŞ,Todaypress.tv,