Medinski cəsədlərin mübadiləsi haqqında danışdı

Dünya

21.06.2025 11:53

Rusiya, İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna ilə əldə olunan razılaşmalara əsasən, hərbçilərin cəsədlərinin təhvil verilməsi üzrə bütün öhdəliklərini yerinə yetirir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi və danışıqlar qrupunun rəhbəri Vladimir Medinski məlumat verib.

İyun ayının 2-də İstanbulda Rusiya və Ukrayna arasında münaqişənin nizamlanmasına dair ikinci danışıqlar mərhələsi keçirilib. Tərəflər atəşkəs memorandumlarını müzakirə edib, 6000-ə 6000 əsasındakı qaydada ağır xəstə əsirlərin, 25 yaşına qədər şəxslərin və hərbçilərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər.

Medinskinin sözlərinə görə, Rusiya tərəfi Ukraynaya 6060 cəsəd təhvil verib. Ukrayna Daxili İşlər Naziri İqor Klimenko isə bildirib ki, cəsədlər arasında həm ukraynalı, həm də rus hərbçilərinin olduğu təsbit olunub və onların tanınması üçün təxminən 14 ay vaxt tələb olunacaq.

Töhfə Səməd

tag: Rusiya,İstanbul danışıqları,Vladimir Medinski,Ukrayna,todaypress.tv,