Almaniya avropalıların Trampla bağlı əsas qorxusunun adını çəkdi

Dünya

22.05.2025 11:09

Almaniyanın yeni kansleri Fridrix Mersin rəhbərlik etdiyi hökumətin xarici siyasətdə əsas prioritetlərindən biri ABŞ-nin Ukrayna ilə bağlı sülh danışıqlarından çəkilməsinin qarşısını almaqdır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” qəzeti hökumət dairələrinə istinadla məlumat yayıb.

“Trampın sülh prosesindən uzaqlaşmasının qarşısını almaq Fridrix Mersin ən mühüm xarici siyasət hədəflərindən biridir” deyə nəşr yazır.

Məlumata görə, Fransa, İtaliya, Finlandiya və Almaniya liderlərinin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Mers Avropa ölkələri ilə ABŞ arasında texniki görüş təşkil etməyi təklif edib. Məqsəd Rusiya və Ukrayna arasında növbəti danışıqlara hazırlıqdır. “Bild” qeyd edir ki, Tramp bu təklifi qəbul edib və bu qərar Avropada rahatlıqla qarşılanıb.

Qəzetin yazdığına görə, Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra, əgər sülh prosesində ciddi irəliləyiş görməzsə, ABŞ-nin bu prosesdən çəkilə biləcəyini və məsuliyyəti Avropaya ötürəcəyini istisna etməyib.

Ağ Evin rəhbəri vurğulayıb ki, vəziyyət Avropada cərəyan edir və orada da həll olunmalıdır. Tramp, həmçinin, yaxın zamanda “nəsə baş verməlidir” fikrini səsləndirib, əks halda, geri çəkiləcəyini bildirib.

Qiymət Mahir

tag: Almaniya,Donald Tramp,Fridix Merts,Avropa,todaypress.tv,