Maduro ABŞ-yə xəbərdarlıq etdi

Dünya

24.10.2025 11:12

Maduro ABŞ-nin hərbi fəaliyyəti ilə bağlı xəbərdarlıq etdi.

TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Karib dənizi regionunda hərbi fəaliyyətini yaxından izlədiklərini bildirib.

O, ölkəsinin suverenliyini qorumaq üçün xalq və ordunun birlikdə hərəkət etdiyini vurğulayıb.

Maduro həmçinin YouTube hesabının sentyabrın 22-də bloklandığını və platformanın ona senzura tətbiq etdiyini açıqlayıb. Hesab bağlanana qədər onun 200 mindən çox izləyicisi var idi.

ABŞ, Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı mübarizə çərçivəsində Venesuela sahillərində hərbi əməliyyatlar aparıb. Buna cavab olaraq Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu bildirib. ABŞ-ın əməliyyatları həm Venesuela hökuməti, həm də beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunub.

Jalə Rövşən

TodayPress TV

tag: Nikolas Maduro , Venesuela, ABŞ,Karib dənizi regionu,Todaypress.tv,