Madaqaskar Prezidenti təxliyə olundu
Dünya
13.10.2025 18:45
Madaqaskar Prezidenti Andry Rajoelina ölkədə artan etirazlar və hərbi çevriliş təhlükəsi səbəbindən paytaxt Antananarivodan təxliyə olunub.
TodayPress TV xəbər verir ki, o, ölkəni Fransaya məxsus hərbi təyyarə ilə tərk edib.
Təxliyyə əməliyyatı Fransa prezidenti Emmanuel Makron ilə əvvəlcədən razılaşdırılıb. Böhran sentyabrın sonunda başlayıb. Ölkənin bir çox bölgəsində su və elektrik enerjisinin uzunmüddətli kəsilməsi genişmiqyaslı narazılığa səbəb olub. Sosial şəbəkələr vasitəsilə təşkil olunan etiraz aksiyaları Antananarivo və digər iri şəhərlərdə minlərlə insanı küçələrə çıxarıb.
Prezident Rajoelina dövlət çevrilişinə cəhd elan edib. Hazırda onun dəqiq harada olduğu və müvəqqəti olaraq ölkə rəhbərliyini kimlərin həyata keçirdiyi barədə məlumat dəqiqləşdirilir.
Türkan İsgəndərli
tag: Madaqaskar,Fransa,Çevriliş,Təhlükə,Todaypress.tv,
