Maçado: “Tramp Nobel Sülh Mükafatına layiqdir”
Dünya
12.10.2025 16:25
Venesuelalı müxalifət lideri və yeni Nobel Sülh mükafatı laureatı Maria Korina Maçado bildirib ki, ABŞ Prezidenti Donald Tramp gələn il bu mükafata layiqdir.
TodayPress TV xəbər verir ki, Maçado cümə günü Nobel Sülh mükafatına layiq görülüb.
Tramp jurnalistlərə açıqlamasında deyib ki, Maçado ona zəng edərək mükafatı onun şərəfinə qəbul etdiyini bildirib:
“Bu gün mənə Nobel mükafatını alan şəxs zəng etdi və dedi: "Mən bu mükafatı sənin adından qəbul edirəm, çünki əslində, sən layiqsən".
Maçado Böyük Britaniyanın “The Times” nəşrinə müsahibəsində Trampın bu sözlərini təsdiqləyib:
“Məncə, o, tanınmağa layiqdir. Cəmi doqquz ayda bir çox münaqişələr həll olunub və ya qarşısı alınıb".
Maçado əlavə edib ki, Yaxın Şərqdə sülh prosesinin irəliləməsi bütün dünyanın dəstəyini qazanıb və bu, doğrudan da diqqətəlayiq hadisədir.
Qiymət Mahir
tag: Venesuela,Nobel Sülh Mükafatı ,Maria Korina Maçado, Donald Tramp,Todaypress.tv,
