Lula da Silva: "Braziliya ABŞ-dən asılılığını azaltdı"

Dünya

04.08.2025 08:00

"Braziliya artıq ABŞ-dən əvvəlki qədər asılı deyil və dünyanın əksər ölkələri ilə möhkəm iqtisadi əlaqələr qurub. Bu, ABŞ-nin Braziliya məhsullarına tətbiq etdiyi gömrük rüsumlarının ölkə iqtisadiyyatında böhrana səbəb olmasının qarşısını almağa imkan verəcək".

TodayPress TV xəbər verir ki, bu fikirləri Braziliya Prezidenti Luis İnasiu Lula da Silva səsləndirib.

“Bu gün Braziliya əvvəllər olduğu kimi ABŞ-dən asılı deyil. İndi Braziliya bütün dünya ilə çox geniş ticarət əlaqələrinə malikdir. İqtisadi baxımdan daha çox imkanlarımız var”, - deyə o bildirib. 

Lula da Silvanın sözlərinə görə, Braziliya ABŞ ilə münasibətlərin əhəmiyyətini anlayır, lakin bu, milli suverenliyə təsir göstərə biləcək məsələlərdə Vaşinqtonun tələblərinə boyun əymək demək deyil. O vurğulayıb ki, ABŞ-dən gələn təzyiqlər Braziliyanı BRICS tərəfdaşları ilə alternativ ödəniş mexanizmləri axtarışından çəkindirməyəcək.

“Mən digər ölkələrlə ticarət edə bilmək üçün alternativ valyuta yaradılması ideyasına inamımdan geri çəkilməyəcəyəm”, - deyə Brazilya lideri bəyan edib.

Töhfə Səməd 

tag: Braziliya ,ABŞ,Luis İnasiu Lula da Silva,İqtisadi asılılıq,Todaypress.tv,