Litva müdafiə xərclərini rekord həddə qaldırır
Dünya
16.10.2025 03:00
Litva gələn il Ümumi Daxili Məhsulunun (ÜDM) 5,38 faizini müdafiəyə ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir İnqa Ruqiniene “Baltic News Service”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin büdcəsində rekord səviyyədə – 4,8 milyard avro (təxminən 5,56 milyard dollar) müdafiə məqsədlərinə yönəldiləcək.
Ruqiniene qeyd edib ki, vəsait yalnız silahlanma üçün deyil, həm də hərbi təlim zonalarına aparan yollar kimi layihələrə xərclənəcək:
“Tank alırsansa, onu müharibə zamanı hərəkət etdirə bilməlisən. Müdafiə təkcə silah almaq deyil, müharibə vaxtı aktiv rol oynayan digər amilləri də əhatə edir".
Baş nazir vurğulayıb ki, bu qərar Litvanın əsas müdafiə öhdəliklərinə, o cümlədən NATO müttəfiqlərinin yerləşdirilməsi ilə bağlı layihələrə təsir göstərməyəcək.
Qiymət Mahir
tag: Ruqiniene ,Litva ,ÜDM, Baş nazir,Todaypress.tv,
