Aİ komissarı ABŞ-də danışıqlar aparacaq

Dünya

16.07.2025 16:05

Avropa Komissiyasının sözçüsünün verdiyi məlumata görə, Avropa İttifaqının (Aİ) ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç ABŞ ilə gömrük rüsumlarına dair danışıqlar üçün Vaşinqtona səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şefçoviçin ABŞ-nin ticarət naziri Hovard Lutnik və ölkənin ticarət nümayəndəsi Ceymison Qriyerlə görüşəcəyi planlaşdırılır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Avropa İttifaqından idxal olunan mallara 1 avqustdan etibarən 30 faizlik idxal rüsumu tətbiq olunacaq.

Bu bəyanat ABŞ ilə Aİ arasında danışıqlar hələ davam etdiyi bir vaxtda verilib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Trampın açıqlamasına cavab olaraq bildirib ki, Aİ də ABŞ-yə qarşı cavab rüsumları tətbiq etməyə hazırdır.

Töhfə Səməd

tag: Avropa Komissiyası,Aİ,Maroş Şefçoviç ,ABŞ,Todaypress.tv,