Laos Şanxay Əməkdaşlıq Təşkilatına tərəfdaş kimi qəbul edildi

Dünya

01.09.2025 19:00

Çində keçirilən sammitdə Laosun Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tərəfdaş kimi qəbul edilməsi ilə təşkilata dəstək verən ölkələrin sayı 27-yə yüksəldi.

TodayPress TV xəbər verir ki, bunu sammitdən sonra təşkil edilən mətbuat konfransında Çin XİN rəhbəri Van İ açıqlayıb.

O bildirib ki, müşahidəçi dövlətlər və dialoq tərəfdaşları vahid kateqoriyada – “ŞƏT tərəfdaşları” adı altında birləşdirilib. Laosun da bu siyahıya daxil olması təşkilatın “ailəsini” genişləndirib.

Çinli diplomatın sözlərinə görə, bu qərar ŞƏT-in fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün atılan mühüm addımdır. Van İ əlavə edib ki, dəyişikliklər həm təşkilatın strukturunun optimallaşdırılmasına, həm də üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Qiymət Mahir

tag: Çin,ŞƏT,Laos,Van İ,