Kiyevə 20 dəqiqədə 20 ballistik raket: Şəhər silkələndi - VİDEO

Kiyevə 20 dəqiqədə 20 ballistik raket: Şəhər silkələndi - VİDEO
01.09.2026 08:20 Dünya

zUkraynanın paytaxtı Kiyev və ətraf rayonlar gecə saatlarında güclü raket hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, "Antikor"un məlumatına görə, cəmi 20 dəqiqə ərzində Kiyev istiqamətində təxminən 20 ballistik raket buraxılıb. 

İlkin məlumatlarda raketlərin Rusiyanın Bryansk, Rostov və Kursk vilayətlərindən atıldığı bildirilir. 

Məlumata əsasən, bəzi raketlərin kaset döyüş başlıqları daşıdığı iddia olunur. Hücum zamanı Kiyev və ətraf ərazilərdə güclü partlayış səsləri eşidilib.

Hazırda hücumun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir. Ölən və yaralananların sayı barədə rəsmi məlumatların açıqlanması gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər