Kiyev və Vaşinqton “güc yolu” modelini müzakirə etdi

Dünya

16.07.2025 09:10

Ukraynada səfərdə olan ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq ölkənin xarici işlər naziri Andrey Sibiqa ilə müharibənin “güc yolu ilə” dayandırılmasını müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Kelloq özünün “X” sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Vaşinqtonla Kiyev arasında aparılan danışıqlar dayanıqlı sülhə gətirib çıxara biləcək şərtlər üzərində cəmlənib.

“Sülh güclə gəlir – ABŞ Ukraynaya öz modeli üzərində işləməkdə dəstək verir. Bu modeldə suverenlik qlobalizmdən, uzunmüddətli təhlükəsizlikdən və iqtisadi rifahdan daha üstün tutulur”, – deyə amerikalı nümayəndə bildirib.

Qeyd edək ki, Kit Kelloq iyulun 14-də Ukraynaya işgüzar səfərə gəlib və həftə ərzində rəsmi görüşlərini davam etdirəcək.

Qiymət Mahir

tag: Ukrayna,ABŞ,Kit Kelloq,Kiyev ,Todaypress.tv,