KİV: Çin Tayvana qarşı hərbi əməliyyatlara hazırlaşır
Dünya
26.05.2025 10:34
Çin ordusu o qədər güclənib ki, qısa müddətdə hərbi əməliyyatlara başlaya biləcək vəziyyətə gəlib. Bu, Tayvan üçün təhlükənin artması deməkdir.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” hərbi ekspertlərə və rəsmilərə istinadən məlumat yayıb.
Yüksək rütbəli tayvanlı məmurun sözlərinə görə, Çin hava qüvvələri və raket bölmələri istənilən vaxt sülh dövründən müharibəyə keçə biləcək qədər hazırlıqlı vəziyyətdədir.
Mənbələrin bildirdiyinə görə, Çin ordusu Tayvanı işğal etməyə hazırlaşır. Bunun əlamətləri kimi Çin amfibiya qüvvələrinin Tayvan limanları yaxınlığında mütəmadi təlim keçirməsi, hava qüvvələrinin döyüş hazırlığının yoxlanması və adadakı istənilən hədəfi vura biləcək raket sistemlərinin sınaqları göstərilir.
Türkan İsgəndərli
tag: Qərb,Çin,ABŞ,Ordu,todaypress.tv,