KİV: ABŞ ordusu Şimali Avropada mövcudluğunu artırır
Rusiya ilə müharibə təhlükəsi və NATO-nun gələcəyi ilə bağlı artan narahatlıqlar fonunda ABŞ ordusu Avropanın şimalında hərbi mövcudluğunu gücləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qəzet yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası NATO-nun daha döyüş qabiliyyətli olmasını istəyir. Bu məqsədlə Şimali Avropa, xüsusilə də Baltikyanı ölkələr və Norveç ABŞ-nin hərbi planlaşdırmasının əsas bölgələrindən birinə çevrilib.
Məlumata görə, Uzaq Şimal və Baltikyanı regionlar strateji baxımdan mühüm sayılır. Buradakı gəmiçilik yolları, enerji resursları və ərazi üstünlükləri yeni geosiyasi qarşıdurmalar dövründə Qərb üçün həlledici rol oynaya bilər.
ABŞ və Britaniya ordusu bölgədəki müttəfiqlərlə birlikdə üç həftəlik hərbi təlimlər keçirib. Təlimlərdə canlı atəş, pilotsuz aparatlarla qan daşınması və Norveçdəki Şimal Dairəsi üzərində paraşütlə eniş kimi ssenarilər sınaqdan keçirilib.
Türkan İsgəndərli
tag: ABŞ,NATO,Rusiya,Norveç,todaypress.tv,