Kislitsa: “Müharibənin maliyyələşməsi çökdürülməlidir”

Dünya

20.06.2025 10:17

Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar zamanla bu ölkənin müharibəni maliyyələşdirmək imkanlarını ciddi şəkildə zəiflətməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə onun fikirlərini “Obşestvennoye” telekanalı yayıb.

Kislistanın sözlərinə görə, sanksiyalar həm Rusiya neftinin qiymət limitini, həm də “kölgə donanmasını” hədəf almalıdır:

“Sanksiyalar gücləndirilməlidir və elə şəkildə tətbiq edilməlidir ki, Rusiya Federasiyasının müharibəni maliyyələşdirməsi ya mümkün olmasın, ya da əhəmiyyətli dərəcədə çökdürülsün. Bu, dərhal baş verə bilməz, amma zamanla bu məqsədə nail olunmalıdır,” – deyə diplomat vurğulayıb.

O həmçinin, Rusiya Silahlı Qüvvələrinin texnika və silahlarında Qərb komponentlərindən istifadə olunmasını böyük problem kimi qiymətləndirib.

Qiymət Mahir

tag: Ukrayna ,Sergey Kislitsa,Rusiya,Sanksiya,Todaypress.tv,