Rusiyaya qarşı sanksiyalar qanunu təxirə salındı

Dünya

21.10.2025 11:03

ABŞ Senatında Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin qəbulunun təxirə salındığı bildirilib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, senat çoxluğunun lideri Con Thune bu qərarın ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşdən əvvəl qəbul edilməyəcəyini bildirib.

Thune əlavə edib ki, qanun layihəsinin məhsuldarlığı və görüşün nəticəsi nəzərə alınaraq, respublikaçı Lindsi Qrehem Ağ Evlə sıx əlaqədə işləyir. Mənbələr də bildirib ki, layihə faktiki olaraq Tramp-Putin görüşünə qədər “dondurulub”.

Qeyd edək ki, oktyabrın 16-da Thune layihəni səsverməyə çıxarmağa hazır olduğunu bəyan etmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,Rusiya, Sanksiyalar qanunu,Con Thune ,Todaypress.tv,