Keçmiş Keniya lideri dünyasını dəyişdi
Dünya
15.10.2025 15:17
Keniyanın keçmiş lideri Raila Odinqa 80 yaşında vəfat edib.
TodayPress TV Hindistan KİV-ə istinadən xəbər verir ki, Odinqa Hindistanın cənubundakı Koçi şəhərində infarkt keçirərək xəstəxanaya yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Keniya siyasətində tanınmış sima olan Odinqa beş dəfə prezident seçkilərində iştirak edib, lakin heç birində qalib gələ bilməyib. O, ölkədə çoxpartiyalı sistemin tətbiqində və 2010-cu il Konstitusiyasının hazırlanmasında mühüm rol oynayıb.
Xatırladaq ki, Demokratiya və islahatların tərəfdarı kimi tanınan Odinqa 2007-ci ildəki mübahisəli seçkilərdən sonra ölkədə geniş etiraz aksiyalarına rəhbərlik etmişdi. O, Keniyanın ilk vitse-prezidenti Jaramogi Oginga Odinqanın oğlu idi.
Jalə Rövşən
tag: Keniya,Raila Odinqa, İnfarkt,Hindistan ,Todaypress.tv,
