Beynəlxalq investorlar Trampın Rusiya təhdidlərinə inanmırlar

Dünya

17.07.2025 10:00

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sərt ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədələri beynəlxalq investorlar tərəfindən inandırıcı sayılmır.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Economist” jurnalı yazıb.

Nəşr qeyd edir ki, nəzəri baxımdan Tramp bu cür sanksiyalar tətbiq edə bilər, lakin real məhdudiyyətlər qlobal xammal bazarlarında qiymətlərin artmasına, ABŞ-də isə “inflyasiya şokuna” səbəb ola bilər.

Jurnal vurğulayır ki, Vaşinqtonun Çinlə genişmiqyaslı ticarət müharibəsinə girmək istəməməsi və Hindistanla aparılan davamlı danışıqlar fonunda Trampın sanksiya hədələri inandırıcılığını itirir.

Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı bəyan etmişdi ki, əgər 50 gün ərzində Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş olmazsa, Rusiya nefti alan ölkələrə qarşı 100%-ə qədər ikinci dərəcəli tariflər tətbiq olunacaq.

Qiymət Mahir

tag: NATO,Tramp ,Çin,Rusiya,Todaypress.tv,