Kanada Hərbi Hava Qüvvələrində ilk qadın general təyinatı

Dünya

11.07.2025 11:20

General-leytenant Ceymi Speiser-Blanşet Kanada Hərbi Hava Qüvvələrinin (KHHQ) komandanı vəzifəsinə təyin olunaraq bu vəzifəni tutan ilk qadın olub. 

TodayPress TV xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Speiser-Blanşet KHHQ-nin 22-ci rəisi olacaq və bu postu tutan ilk qadın kimi tarixə düşəcək.

Təyinat mərasimində çıxış edən general-leytenant Speiser-Blanşet hazırda Hava Qüvvələrinin ciddi problemlərlə üzləşdiyini vurğulayıb: 

“Biz kadr çatışmazlığı ilə üzləşirik və döyüş hazırlığına yüksək tələblər var. Məncə, bu, ən əsas problemdir”.

Speiser-Blanşet peşəkar hərbi karyerası ərzində Qriffon hücum helikopterinin pilotu olub, BMT və NATO-nun Haiti və Bosniya və Herseqovinadakı missiyalarında xidmət edib, eləcə də Kanada Hərbi Hava Qüvvələrində müxtəlif komandanlıq vəzifələrində çalışıb.

Türkan İsgəndərli

tag: Kanada,Hava,Komandan,Qadın,Todaypress.tv,