Kanada Avropanın yenidən silahlanma planına qoşulacaq
Dünya
28.05.2025 17:30
Kanada iyulun 1-dən etibarən Avropanın “yenidən silahlanması” planına qoşulmağa hazır olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni "CBC" telekanalına müsahibəsində bildirib.
"Biz bu istiqamətdə çox irəliləmişik. Kanada Gününə qədər konkret nəticə görmək istərdik" – deyə Karni qeyd edib.
Xatırladaq ki, Avropa Komissiyası martın 19-da “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Sonradan bəzi Aİ ölkələrinin narahatlığı səbəbilə sənədin adı “Hazırlıq 2030” olaraq dəyişdirilib.
Strategiya çərçivəsində dörd il ərzində təxminən 800 milyard avro cəlb olunması planlaşdırılır. 650 milyard avro Aİ üzv dövlətlərinin büdcələrindən, 150 milyard avro isə kreditlər şəklində qarşılanacaq. Aİ Komissiyası büdcə güzəştləri və regional inkişaf fondlarının hərbi xərclərə yönəldilməsi imkanlarını da nəzərdən keçirir.
Yeni strategiya Aİ ölkələrinə müdafiə xərclərini ÜDM-in 1,5%-i səviyyəsinə qədər artırmağı tövsiyə edir.
Türkan İsgəndərli
tag: Kanada,Avropa,Silah,Strategiya,todaypress.tv,