Şahbaz Şərif: "Əfqanıstanın hər təxribatına sərt cavab veriləcək"
Dünya
12.10.2025 12:40
Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanın sərhəd bölgələrindəki təxribatçı hərəkətlərini qınayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Pakistan" məlumat yayıb.
Şahbaz Şərif bildirib ki, Pakistan Ordusu Əfqanıstana güclü cavab verib və bir neçə əfqan postunu məhv edərək onları geri çəkilməyə məcbur edib.
Baş nazir vurğulayıb ki, hər bir təxribata güclü və təsirli şəkildə cavab veriləcək.
Şahbaz Şərif əlavə edib ki, terror təşkilatları Əfqanıstanda olan bəzi elementlər tərəfindən dəstəklənir. Rəsmi İslamabad Əfqanıstan hökumətindən öz torpağının Pakistan əleyhinə istifadə olunmasına imkan verməməsini gözləyir.
Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
tag: Şahbaz Şərif ,Pakistan ,Əfqanıstan,İslamabad ,Todaypress.tv,
