Kanada ABŞ-yə səyahət edən vətəndaşlarına xəbərdarlıq etdi
Dünya
02.10.2025 11:19
Kanada Xarici İşlər Nazirliyi ABŞ-yə səyahətlə bağlı xəbərdarlıq məsləhətlərini yeniləyib. Nazirlik gender baxımından neytral, yəni pasportda “X” cins işarəsi olan vətəndaşları ABŞ-yə səyahət etməməyi tövsiyə edib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Səbəb kimi ABŞ-nin bu cür pasportlara malik şəxslərin ölkəyə girişini məhdudlaşdıra biləcəyi göstərilir.
Kanada hökuməti bildirir ki, bu pasportlara malik şəxslərin ABŞ-yə daxil olmasına və ya tranzit keçməsinə zəmanət verilmir. Məsləhətdə qeyd olunur ki, həmin şəxslər ABŞ-də giriş məhdudiyyətləri ilə qarşılaşa bilərlər.
Bundan əlavə, daimi yaşayış icazəsi olan, lakin Kanada vətəndaşı olmayan şəxslərə də xəbərdarlıq edilib. Onlara ABŞ-yə getməzdən əvvəl vizaya ehtiyaclarının olub-olmadığını yoxlamaq tövsiyə olunur. Bu, ABŞ-nin bəzi ölkələrdən gələn əcnəbilərin girişinə qoyduğu məhdudiyyətlərlə bağlıdır.
Qeyd edək ki, 2025-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp ölkədə yalnız kişi və qadın cinsini tanıyan fərman imzalayıb. Fərmana əsasən, gender ideologiyasının dövlət qurumlarında təbliği və tətbiqi qadağan edilib, həmçinin dövlət vəsaiti ilə gender keçidi əməliyyatları aparılması qadağan edilib.
Türkan İsgəndərli
tag: Kanada,ABŞ,Pasport,Gender,Todaypress.tv,
 
        
 
                                ![ABŞ Trampın dövründə Avropada [[etibar itirir]]](/uploads/news/685ba2c50de63.webp) 
                                            ![İran parlamenti Silahlı Qüvvələrin [[gücləndirilməsini]] nəzərdən keçirir](/uploads/news/684fcbd4ae775.webp) 
                                            ![[[Hakan Fidan:]] "İstanbuldakı danışıqların məqsədi Rusiya-Ukrayna münaqişəsinin bitməsidir"](/uploads/news/6881255d2c0f8.webp) 
                                            ![[[Türkiyədə]] meşəlik ərazidə yanğın başladı](/uploads/news/6890ff89dd6c3.webp) 
                                            ![[[Ərdoğan:]] “İlham Əliyev bölgəyə sülhü gətirəcək lider kimi tarixə düşəcək”](/uploads/news/682da27fc460f.webp) 
                                            ![[[Politico:]] Aİ və ABŞ arasında enerji razılaşması reallaşmaya bilər](/uploads/news/6888602e977b1.webp) 
                                            ![[[Netanyahu:]] "İranda hakimiyyət dəyişikliyi ola bilər"](/uploads/news/684ef943994c0.webp) 
                                            ![Pakistanın sədrliyi ilə [[BMT TŞ-də İƏT-in iclası keçiriləcək]]](/uploads/news/68642d8620ffb.webp) 
                                            ![[[Hakan Fidan Suriya]] Əhməd Əl Şəraa ilə görüşdü](/uploads/news/6894f80a0846d.webp) 
                                            ![İran İsrailə məlumat ötürən şəxsi [[edam etdi]]](/uploads/news/6857aea33ae5c.webp) 
                                            