İtalyan şahzadəsi motosiklet qəzası keçirdi

Dünya

29.05.2025 18:22

3

Monakoda İtalyan şahzadəsi, Burbon-Siciliya kral ailəsinin nümayəndəsi Mariya Karolina motosiklet qəzası keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

21 yaşlı Mariya Karolina bildirib ki, motosiklet idarə edərkən divara çırpılıb və başından xəsarət alıb:

“Belə bir qəzanın ardından sağ qalmaq əsl möcüzə idi”, - deyə şahzadə əlavə edib.

Hazırda o, boyun bərkidicisi ilə xəstəxanada müalicə olunur. Mariya Karolina ölümcül xəsarətdən onu qoruyan dəbilqəyə təşəkkürünü bildirib. O, sosial şəbəkədə xəstəxanadan şəkillər paylaşaraq izləyicilərini motosiklet sürərkən ehtiyatlı olmağa və hər zaman qoruyucu vasitələrdən istifadə etməyə çağırıb. Şahzadə həkimlərə minnətdarlığını da bildirib.

Qeyd edək ki, Mariya Karolina hazırda mövcud olmayan İki Siciliya Krallığının taxt-tacına iddia edən şahzadə Karlo Burbon-Siciliyanın qızıdır. Onun anası, hersoginya Kamilla isə sənaye maqnatı Kamillo Kroçianinin qızıdır.

Töhfə Səməd

tag: Monako,İtalya,Burbon-Siciliya,Mariya Karolina,todaypress.tv,