İsrail: "Fələstinlilər İsraildə xoşbəxtdirlər"

Dünya

21.05.2025 11:28

2

ABŞ-nin İsraildəki yeni səfiri Mayk Hukabi müstəqil Fələstin dövlətinin yaradılmasının məqsədəuyğunluğu ilə bağlı şübhələrini ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Haaretz" qəzetinə verdiyi müsahibədə danışıb.

“Görəsən, həqiqətən də ayrıca dövlətə ehtiyac varmı? Mən demirəm ki, olmamalıdır, amma sonra suallar yaranır. Harada olmalıdır? Kim rəhbərlik edəcək? Bunun əsasında hansı mədəniyyət dayanacaq?” deyə Hukabi qeyd edib.

Diplomatın sözlərinə görə, bir çox fələstinlilər daha yaxşı karyera imkanları və təhlükəsizlik səbəbilə İsraildə yaşamağa üstünlük verirlər. Bununla belə, o vurğulayıb ki, müstəqil Fələstin dövlətinin yaradılması məsələsi yalnız Fələstin və İsrail tərəfləri arasında birgə müzakirə olunaraq həll edilməlidir.

Qeyd edək ki, Mayk Hukabi bu il aprelin 9-da ABŞ Senatı tərəfindən İsraildə səfir vəzifəsinə təsdiqlənib.

Türkan İsgəndərli

tag: ABŞ,İsrail,Fələstin,Dövlət,todaypress.tv,