İtaliyada Qərbi Nil virusuna yoluxma halları kəskin artdı
Dünya
24.07.2025 16:54
İtaliyada Qərbi Nil virusuna (BNV) yoluxanların sayı kəskin artıb.
TodayPress TV xəbər verir ki, bu barədə "ANSA" agentliyi İtaliya Sağlamlıq İnstitutuna istinad məlumat yayıb.
Bildirilib ki, bu il ölkədə BNV diaqnozu qoyulmuş xəstə sayı ilkin olaraq 10 nəfər olsa da, iyulun 20-də yoluxma hallarının sayı 20-yə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə İtaliyada ümumilikdə 460 BNV yoluxması və 20 ölüm halı qeydə alınıb.
Xüsusilə Kampaniya bölgəsində aşkar olunan 8 yeni BNV yoluxmasından 4-nün xəstəxanada müalicə olunduğu, Lazio bölgəsində isə daha 2 yeni yoluxmanın qeydə alındığı və beləliklə cəmi yoluxma hallarının bir həftə ərzində iki dəfə artdığı bildirilib.
Kampaniya Regional İdarəsinin rəhbəri Vinçenzo De Luka mətbuata açıqlamasında, yoluxma hallarının artmasına baxmayaraq bölgədə vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.
Yoluxmaların artması səbəbilə Kampaniya bölgəsinin Kazerta şəhəri yaxınlığında yerləşən Sessa Aurunca qəsəbəsində təcili dezinfeksiya işlərinə başlanılıb.
Qeyd edək ki, əsasən Culex cinsinə aid ağcaqanadların sancması ilə yayılan Qərbi Nil virusuna qarşı hələ ki, heç bir peyvənd mövcud deyil. Bu səbəbdən mütəxəssislər ağcaqanad sancmasından qorunmağı tövsiyə edirlər.
BNV yoluxmaları əsasən Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.
Töhfə Səməd
tag: İtaliya,Qərbi Nil ,Virus,Yoluxma,Todaypress.tv,