İsveçrə ordusu dronlara qarşı müdafiəni gücləndirir

Dünya

03.10.2025 18:30

İsveçrə Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının (dronların) yaratdığı təhdidlərə qarşı müdafiəni artırmaq məqsədilə əks-dron sistemləri almaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2025-ci ilin yayında keçirilən çöl sınaqlarının nəticələrinə əsasən, Ordu Federal Silahlanma İdarəsi ilə əks-dron sistemlərinin alınması üçün müqavilə imzalanıb. Qeyd olunur ki, bu satınalmalar sayəsində ordu öz qoşunlarının, eləcə də hərbi infrastruktur və texnikasının mühafizəsini gücləndirəcək.

Həmçinin vurğulanıb ki, alınacaq sistemlər mülki hakimiyyət orqanlarına dəstək əməliyyatlarında və ya sülhməramlı missiyalarda digər hərbi və qeyri-hərbi tapşırıqlarda istifadə edilə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsveçrə,PUA,Dron,Hava,Todaypress.tv,