İstanbulda təhlükəsizlik tədbirləri gücləndirildi

İstanbulda təhlükəsizlik tədbirləri gücləndirildi
23.07.2025 13:01 Dünya

Türkiyə tərəfi Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbulun Çırağan sarayında təhlükəsizlik tədbirlərini gücləndirib. 

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, jurnalistlər kompleksin girişinə toplaşmağa başlayıblar, lakin onları içəri buraxmırlar. 

Girişdə polis əməkdaşları növbə çəkir, yoxlama çərçivələri quraşdırılıb, yaxınlaşan avtomobillər yoxlanılır. Hazırda mətbuat nümayəndələri üçün xüsusi çadırlar qurulur. 

Xatırladaq ki,  Rusiya-Ukrayna birbaşa danışıqlarının üçüncü raundu iyulun 23-ü saat 20:00-a planlaşdırılıb, lakin bu məlumat rəsmən təsdiqini tapmayıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər