İstanbulda Rusiya-Ukrayna danışıqları barədə irəliləyiş yoxdur

Dünya

28.10.2025 11:04

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bərpası ilə bağlı hələlik heç bir irəliləyiş yoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisindən "RİA"ya məlumat verilib.

"Hazırda danışıqların bərpasına işarə edəcək hər hansı inkişaf yoxdur. Biz onları qəbul etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik", - deyə administrasiyanın sözçüsü bildirib.

Xatırladaq ki, İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üç raundu keçirilib və məhbus mübadiləsi ilə nəticələnib. Bundan başqa, Rusiya həlak olan ukraynalı hərbçilərin cəsədlərini Kiyevə təhvil verib. Tərəflər həmçinin münaqişənin həllinə dair memorandum layihələri mübadiləsi aparıblar.

Aysel Mətləb

TodayPress TV

tag: Türkiyə,Ərdoğan,Rusiya ,Ukrayna,Todaypress.tv,