Tramp yeni tariflər tətbiq edəcəyini elan etdi
Dünya
26.09.2025 10:15
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, dünyada bir çox ölkələrə qarşı tətbiq olunan genişmiqyaslı qarşılıqlı rüsumlardan əlavə, bəzi məhsullara da 2025-ci il oktyabrın 1-dən etibarən yeni tariflər tətbiq olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
"2025-ci il oktyabrın 1-dən etibarən, əgər bir şirkət dərman istehsalını ABŞ-də həyata keçirmirsə, bütün brendli və patentləşdirilmiş dərman məhsullarına 100% tarif tətbiq olunacaq. Həmçinin 2025-ci il oktyabrın 1-dən etibarən bütün mətbəx dolablarına, hamam mebeli kimi məhsullara 50% tarif tətbiq olunacaq. Döşənmiş (yumşaq) mebellərə isə 30 faiz tarif qoyulacaq. Bu qərar digər ölkələr tərəfindən bu məhsulların ABŞ bazarına kütləvi şəkildə daxil olmasına cavab olaraq verilib. Bu ədalətsiz bir praktikadır, amma biz istehsalımızı milli təhlükəsizlik və digər səbəblərlə qorumağa məcburuq”, - deyə Ağ Ev lideri bildirib.
Tramp, həmçinin ABŞ xaricində istehsal olunan ağır yük maşınlarına 25% tarif tətbiq olunacağını da açıqlayıb.
Aysel Mətləb
tag: ABŞ,Tramp,Tarif,Tətbiq,Todaypress.tv,
