İsrailin saxladığı donanma fəalları aclıq aksiyasına başladı
Dünya
06.10.2025 10:52
İsrail həbsxanasında saxlanılan Qreta Tunberq və digər donanma fəalları aclıq aksiyasına başlayıblar.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, Qəzza zolağına humanitar yardım aparan “Sumud” flotiliyasının 42 üzvü İsrail həbsxanalarında aclıq aksiyasına başlayıb.
Fəallar Qəzzada fələstinlilərin aclığında İsraili günahlandırır və qida qəbulundan imtina ediblər.
Aclıq aksiyasında ABŞ, İngiltərə, Fransa, Türkiyə, İspaniya və digər ölkələrdən olan vətəndaşlar iştirak edir.
Xatırladaq ki, oktyabrın 2-dən 3-nə keçən gecə İsrail ordusu flotiliyanın bütün gəmilərini ələ keçirib, fəallar isə Ketziot həbsxanasına yerləşdirilib.
İsrail daha sonra flotiliyanın 29 üzvünü deportasiya edib.
Jalə Rövşən
tag: İsrail,Qəzza,Qreta Tunberq ,Aclıq aksiyası,Todaypress.tv,
