İsrail Suriyanın Homs əyalətindəki anbarlarına zərbələr endirdi

İsrail Suriyanın Homs əyalətindəki anbarlarına zərbələr endirdi
24.07.2025 05:45 Dünya

İsrail Hərbi Hava Qüvvələri günün ikinci yarısında Suriya ordusunun ölkənin mərkəzi hissəsindəki Homs əyalətində yerləşən anbarlarına hava zərbələri endirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası əyalətin inzibati mərkəzi olan Homs şəhərindən təxminən 100 km cənub-şərqdə yerləşən Şinşar bölgəsinə hücum edib. Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.

İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl Suriyanın hökumət qüvvələrinin Əs-Suveyda şəhəri və druzların kompakt yaşadığı əraziləri tərk etməyəcəyi təqdirdə hücumlarla bağlı xəbərdarlıq etmişdi.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər