İsrail HƏMAS komandirini məhv etdiyini AÇIQLADI
İsrail Silahlı Qüvvələri Qəzza zolağına yeni zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun bəyanatına görə, zərbə nəticəsində HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən biri Ömər Məhəmməd Ruşdi Sarac öldürülüb.
İsrail hərbçilərinin məlumatına əsasən, o, Qəzza şəhəri ərazisində dəstələrin silahla təchizatına cavabdeh olub.
Bildirilib ki, eyni hücum zamanı HƏMAS-ın silahlı dəstələrinin daha bir üzvü də öldürülüb, lakin İsrail ordusunun bəyanatında onun adı açıqlanmayıb.
Aysel Mətləb