İndoneziya yeni rekorda imza atır

Dünya

13.07.2025 15:00

İndoneziya Fond Birjasının (IDX) prezidenti-direktoru İman Raxman bu il birjada 66 yeni şirkətin siyahıya salınacağına inandığını bildirib. Bu halda, birjada listinqdə olan şirkətlərin sayı 1 000-dən çox olacaq.

TodayPress TV xəbər verir ki, hazırda IDX-də 956 şirkət listinqdədir.

İman Raxman ilin ikinci yarısında yeni rekordların qırılması üçün əlverişli şəraitin yarandığını qeyd edib:

“Məqsədə çatacağımıza inanıram”.

IDX-in şirkətlərin qiymətləndirilməsi üzrə direktoru İ Gede Nyoman Yetna bildirib ki, bir çox şirkət artıq ilin birinci yarısında maliyyə hesabatlarını yeniləyib və ilkin ictimai təklif (IPO) sənədlərini Maliyyə Xidmətləri Tənzimləyicisinə (OJK) və IDX-ə təqdim etməyə hazırlaşır.

“Hazırda xüsusilə iyun ayına dair maliyyə hesabatlarının təqdim olunmasını gözləyirik. Şirkətlər həmin sənədləri hazırlayır", – deyə Nyoman qeyd edib.

Son iki ilin məlumatlarına əsasən, adətən 45-47 şirkət iyun ayına qədər maliyyə hesabatlarını yeniləyərək IPO sənədlərini tamamlayır.

IDX-in məlumatına görə, bu ilin əvvəlindən bəri artıq 22 şirkət birjada listinqə daxil edilib.

Qiymət Mahir

tag: İndoneziya ,IDX, İman Raxman,İ Gede Nyoman Yetna ,Todaypress.tv,