İsrail əcnəbiləri xüsusi reyslərlə təxliyə edəcək
Dünya
23.06.2025 09:19
İsrail əcnəbi vətəndaşları xüsusi reyslərlə ölkədən göndərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə nəqliyyat naziri Miri Regev məlumat verib.
Onun sözlərinə görə, 24 xüsusi reysin baş tutacağı gözlənilir və hər təyyarəyə yalnız 50 sərnişin minə biləcək. Bu uçuşlarda əsasən insan həyatının xilas edilməsi, humanitar yardım və milli təhlükəsizliklə bağlı məsələlərə üstünlük veriləcək.
Nazir əlavə edib ki, iyunun 18-dən bəri xaricdə olan 100 mindən çox israillinin vətənə qayıtması üçün repatriasiya (geri dönüş) uçuşları həyata keçirilir. "El Al", "İsrair" və "Arkia" aviaşirkətlər bu uçuşları yalnız gündüz saatlarında təşkil edirlər.
Təyyarələr sərnişinləri Təl-Əvivdəki Ben Qurion hava limanına endirdikdən sonra dərhal geri qayıdır.
Regev qeyd edib ki, İsraildən bir tərəfli bilet alanlar, yalnız 30 gündən sonra geri dönüş bileti ala biləcəklər.
Türkan İsgəndərli
tag: İsrail,İran,Əcnəbi ,Təxliyə,Todaypress.tv,