İspaniya miqrantlara “möhtac qaldı”

İspaniya miqrantlara “möhtac qaldı”
31.08.2026 18:50 Dünya

İspaniyanın miqrantlara və işçi qüvvəsinə ehtiyacı var.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, ölkə iqtisadiyyatı avrozonanın iqtisadiyyatından dörd dəfə daha sürətlə böyüdüyü üçün əmək bazarında miqrant işçilərə ehtiyac duyulur.

Sançes qeyd edib ki, bəzi siyasi qüvvələr miqrantları damğalayır və onları potensial cinayətkarlar kimi təqdim edir.

“Əlbəttə, miqrantlar arasında da cinayət törədənlər var. Lakin miqrant qəbul edən ölkələrin yerli əhalisi arasında da cinayət mövcuddur”, - deyə baş nazir vurğulayıb.

O, Avropanı həmrəyliyə çağıraraq bildirib ki, Avropa məhz həmrəylik prinsipi əsasında qurulub və bu həmrəylik Lampeduzada, Qrenlandiyada və Seutada nümayiş etdirilməlidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər