İranda su böhranı dərinləşir
Dünya
18.08.2025 17:35
İranda 12 böyük bənddə suyun səviyyəsinin 10%-dən aşağı endiyi açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Su Resursları İdarəetmə Şirkəti məlumat yayıb.
Bildirilib ki, bəzi bəndlərdə suyun nisbəti 0-8% arasında dəyişir. Rezevi Xorasan əyalətindəki Torok bəndində suyun səviyyəsi 6%, Dosti bəndində 5%, Gülüstandakı Vuşmgir bəndində isə tamamilə quruyaraq 0%-ə enib. Mazandaranın Lar bəndində 5%, Gilandrudda isə 4% qeydə alınıb.
Cənub bölgəsində yerləşən Şamil bəndində suyun səviyyəsi 0%, İstiqlalda 3%, Fars əyalətindəki Rudbalda isə 0% olub. Kirman əyalətindəki Nesa bəndində 8%, Tenguiyədə 7%, Mərkəz əyalətindəki Ponzdeh Hurdadda 8%, Save bəndində isə 7% qeydə alınıb.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian iyulun 31-də verdiyi açıqlamada ölkənin su ehtiyatlarının sürətlə azaldığını və quraqlığa doğru getdiyini bildirib.
Aysel Mətləb
tag: İran,Su,Böhran,Quraqlıq,Todaypress.tv,