BMT İsrailə səsləndi

Dünya

05.08.2025 17:46

İşğal olunan Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə BMT-nin xüsusi məruzəçisi Françeska Albanesenin rəhbərliyi ilə 35 ekspertdən ibarət qrup beynəlxalq ictimaiyyəti İsrailə silah tədarükünə embarqo qoymağa və Qəzza Humanitar Fondunu (QHF) ləğv etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, qurum bu barədə məlumat yayıb.

Məlumata görə, ABŞ-nin dəstəklədiyi və İsrail tərəfindən maliyyələşdirilən QHF humanitar yardımın gizli hərbi və geosiyasi məqsədlər üçün istifadəsinin son dərəcə narahatedici nümunəsidir. 

Bəyanatda qeyd edilir ki, Qəzzada qida əldə etməyə çalışarkən 1400-dən çox fələstinlinin öldürülməsi, 4000-dən çoxunun yaralanması ilə yanaşı, QHF obyektləri ətrafında ən azı 859 nəfərin həyatını itirməsi fonunda ekspertlər BMT-yə üzv ölkələri İsrailə qarşı hərtərəfli silah embarqosu tətbiq etməyə, ticarət və investisiya sazişlərini dayandırmağa, həmçinin cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb.

Türkan İsgəndərli

tag: BMT,Qəzza,Fələstin,İsrail,Todaypress.tv,