Rusiya-Ukrayna cəbhəsində son sutkada 162 toqquşma baş verdi
Dünya
03.10.2025 11:16
Oktyabrın 2-də Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya ordusu arasında 162 toqquşma qeydə alınıb.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, Ukrayna Baş Qərargahının məlumatına görə, ən ağır döyüşlər Pokrovsk və Novopavlivka istiqamətlərində gedib. Rusiya qüvvələri gün ərzində 70 hava zərbəsi endirib, 174 idarə olunan bomba atıb və 4600-dən çox atəş açıb.
Bundan əlavə, 5800-dən çox kamikadze PUA istifadə olunub.
Ukrayna aviasiyası və artilleriyası isə düşmənin canlı qüvvə toplanan ərazilərinə zərbələr endirib. Məlumatda bildirilir ki, yalnız Pokrovsk istiqamətində 48, Novopavlivka sektorunda isə 28 hərbi müdaxilə dəf edilib.
Cənubi və şimal cəbhə xəttinin digər bölgələrində də onlarla hərbi əməliyyat qeydə alınıb.
Ukrayna tərəfi düşmənin son sutkadakı canlı qüvvə itkilərinin 970 nəfər olduğunu, ümumi itkilərin isə 2022-ci ilin fevralından bəri 1 milyon 113 min nəfəri keçdiyini açıqlayıb.
Jalə Rövşən
tag: Rusiya-Ukrayna münaqişəsi,Hərbi əməliyyat,Toqquşma,TodayPressTV,
