İranda spirtli içkilərdən ölənlərin sayı artdı

Dünya

24.10.2025 10:58

2025-ci ilin aprel, may, iyun, iyul və avqust ayları arasında ölkədə spirtli içkilərdən zəhərlənmələr nəticəsində baş verən ölümlərin sayı artıb.

TodayPress TV xəbər verir ki, bu müddət ərzində zəhərlənmələrlə bağlı ölümlərin 5%-i saxta spirtli içkilərdən zəhərlənmə səbəbindən baş verib.

Zəhərlənmə və ölüm halları ən çox Kərəc, Tehran, Məşhəd, Mazandaran və Əhvaz şəhərlərində qeydə alınıb. Ölkədə spirtli içkilərdən zəhərlənmələr nəticəsində baş verən ölümlərin sayının artması ciddi narahatlıq doğurur.

2024-cü ildə ölkədəki ölüm hallarının 21,3%-i narkotik maddələrdən istifadə səbəbindən yaranıb. 2025-ci ilin ilk 5 ayında isə bu göstərici 21,6%-ə yüksəlib.

Beynəlxalq Səhiyyə Təşkilatının hesabatına görə, İran spirtli içkilərdən davamlı istifadə edənlərin sayı ilə dünyada 9-cu yerdədir.

TodayPress TV

tag: İran,Spirtli içki,Ölüm,Artım,Todaypress.tv,