İranda qubernatorların ilk beynəlxalq görüşü keçiriləcək
Dünya
12.08.2025 16:04
"İran 2025-ci ildə Xəzər dənizi sahilyanı əyalətlərinin qubernatorlarının ilk beynəlxalq görüşünü keçirmək niyyətindədir".
TodayPress TV xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Əli Mojtaba Ruzbehani məlumat verib.
Onun sözlərinə görə, bu görüşün keçirilməsinin məqsədi Xəzəryanı əyalətlərin rəhbərliyi səviyyəsində dialoq, təcrübə mübadiləsi və qarşılıqlı əlaqə üçün davamlı platforma təmin etmək, əyalətlərin potensialından istifadə etməklə iqtisadi və regional diplomatiyanı gücləndirmək, Xəzər dənizi hövzəsinin qonşu əyalətləri arasında sərhədyanı əməkdaşlıq imkanlarını müəyyən etmək, həmçinin birgə layihələri həyata keçirməkdir.
"Görüşün dəvətnaməsi və proqramı yaxın vaxtlarda bütün Xəzəryanı ölkələrə göndəriləcək", - deyə diplomat dəqiqləşdirib.
Qeyd edək ki, Xəzəryanı ölkələrin növbəti sammiti 2026-cı ilin avqustun 7-də İranın paytaxtı Tehranda keçiriləcək.
tag: İran ,Xəzər dənizi ,Sahilyanı,Qubernator,Todaypress.tv,