İranda 400-dən çox bina yenidən tikiləcək
Dünya
08.07.2025 18:30
İran İslam İnqilabı Mənzil Fondu sədrinin müavini Məcid Cudi Tehranda keçirilən və müharibədən sonrakı yenidənqurma məsələlərinə həsr olunmuş toplantının ardından yerli mediaya açıqlamalar verib.
TodayPress TV xəbər verir ki, Cudi raket hücumlarının ilk günündən etibarən fond əməkdaşlarının zərər görmüş yaşayış binalarını qiymətləndirdiyini bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə ölkə üzrə təxminən 400 bina texniki baxışdan keçirilib.
“Zərərin miqyası sadəcə sındırılmış pəncərələr və qapı-tavan çökəklərindən tutmuş tamamilə dağılmış yaşayış binalarına qədər dəyişir. Yenidən inşa edilməli olan bölmələrin sayı 400 ilə 500 arasında olacaq", – deyə o qeyd edib.
Cudi ilkin maliyyə təxminlərini də açıqlayıb:
“Hazırladığımız plana əsasən, ziyanın ümumi dəyəri 3–4 trilyon tümən, yəni təxminən 46 milyon dollar səviyyəsindədir", – deyə o bildirib.
Fondun sədri Qulamrza Salihi isə daha əvvəl – 27 iyunda verdiyi bəyanatda, ən çox zərər görən şəhərlərin Tehran və Təbriz olduğunu açıqlamış, təkcə paytaxt Tehranda təxminən 332 binanın zədələndiyini bildirmişdi.
Qiymət Mahir
tag: İran ,Məcid Cudii,Tehran,Müharibə,Todaypress.tv,