Putinin Budapeştə mümkün uçuş marşrutu açıqlandı

Dünya

20.10.2025 17:26

Prezident Vladimir Putin ABŞ lideri Donald Trampla görüşmək üçün Macarıstana Polşa, Rumıniya və ya Qara dəniz üzərindən uça bilər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Hərbi Hava Qüvvələrinin general-mayoru Vladimir Popov deyib.

Onun sözlərinə görə, səfər Putinin BƏƏ-yə etdiyi səfər zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri ilə eyni səviyyədə qorunacaq. General əlavə edib ki, Budapeştə ən əlverişli marşrut Belarus, Polşa və Slovakiya üzərindən keçsə də, Polşanın icazə verməməsi ehtimalı var. Bu halda Rusiya Qara dəniz üzərindən, Bolqarıstan və Rumıniya sərhədləri boyunca alternativ marşrut seçə bilər.

Politoloq Boris Mejuev isə bildirib ki, Avropa İttifaqı Budapeştdə baş tutacaq Putin-Tramp görüşü ərəfəsində ABŞ administrasiyasına təzyiq göstərə bilər. Rusiya XİN də Aİ-nin bu görüşün qarşısını almaq imkanlarını qiymətləndirib.

Jalə Rövşən

TodayPress TV

tag: Vladimir Putin,Macarıstan ,Donald Tramp,Budapeşt,Todaypress.tv,